Yazar

Paşinyan Rəisi ilə nə danışıb...

Paşinyan Rəisi ilə nə danışıb...
28İyun 202300:43

“Qarşılıqlı şəkildə ərazi bütövlüyün tanıyın


“İran İslam Respublikası istənilən geosiyasi dəyişikliyə, Qərb hərbi qüvvələrinin Qafqazda mövcudluğuna qarşıdır, çünki əcnəbilərin bölgəyə gəlişi hər hansı problemi həll etməyəcək, həm də yeni problemlər yaradacaq”, - İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi  bazar ertəsi Ermənistanın baş nazir Nikol Paşinyanla danışığı zamanı belə deyib. İranın "Mehrnews" agentliyi belə bir xəbər yayıb.

“İran İslam Respublikası qonşuluq siyasətinə və əlaqələrin yaxşılaşdırılmasına uyğun olaraq Cənubi Qafqaz regionu ilə qarşılıqlı əlaqələrin və əməkdaşlığın güclənməsinə böyük əhəmiyyət verir və bunu prioritet sayır”, - Rəisi dediklərinə bunları da əlavə edib.

İran prezidenti vurğulayıb ki, Ermənistan və Azərbaycan sülhün bərqərar olması istiqamətində mühüm addım kimi bir-birinin ərazi bütövlüyünü tanımalıdır.

Onun sözlərinə görə, iki ölkə arasındakı ümumi sərhəd yalnız təhlükəsizlik məsələsi olmaqdan kənara çıxmalı və daha çox iqtisadi əlaqələri gücləndirmək üçün istifadə edilməlidir.

Ermənistanın baş naziri öz növbəsində İran prezidentinə ölkəsinin Azərbaycanla sülh danışıqları ilə bağlı qısa məlumat verib. Bildirib ki, tərəflər sərhəd və anklavla bağlı fikir ayrılıqlarını aradan qaldırmağa və münasibətlərin donunu açmağa çalışacaqlar.

 

Elbəyi Həsənli, Sürix


https://en.mehrnews.com/news/202494/Iran-opposes-any-geopolitical-change-in-region-Raeisi

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs