Lukaşenko: “Priqojinə dedim ki, səni böcək kimi əzəcəklər”
“BBC” detalları açıqladı
Belarus prezidenti Aleksandr Lukaşenko üsyançı “Vaqner” hərbi dəstəsinin rəhbəri Yevgeni Priqojin ilə danışığının detalların açıqlayıb. Təqdim etdiyim fraqment “BBC” tərəfindən yayımlanıb.
"Mən Putinə dedim: biz Priqojini aradan götürə bilərik, bu, problem deyil. Birinci cəhddə olmasa da, ikinci cəhddə biz buna nail olarıq. Putinə dedim ki, bunu etmə".
Lukaşenko deyib ki, o, Yevgeni Priqojinə zəng vurmağı təklif edib. Buna cavab olaraq Vladimir Putin deyib: “Bax, Saşa, bunun heç bir xeyri olmayacaq, o, telefonu belə götürmür və heç kimlə danışmaq istəmir”.
"Mənə onun nömrəsini ver" dedim. Putin “çox güman ki, onun nömrəsi FSB-də var”, söylədi.
Priqojinlə söhbətini təsvir edən Lukaşenko bildirib ki, “Vaqner” muzdlu ordusunun bossu o vaxta qədər uğur qazanması səbəbindən eyforiya vəziyyətində olub.
Belarus liderinin sözlərinə görə, Yevgeni Priqojin ona deyib: “Biz ədalət istəyirik, bizi boğmaq istəyirlər, biz Moskvaya gedəcəyik”.
“Ona dedim ki, səni yolun yarısında böcək kimi əzəcəklər”...
Elbəyi Həsənli,
Sürix