Yazar

Fransa Moskva və Tehranın müttəfiqi olan Ermənistanı niyə silahlandırır?

Fransa Moskva və Tehranın müttəfiqi olan Ermənistanı niyə silahlandırır?
13İyul 202309:52

Ukrayna kəşfiyyatı məxfi sirləri ifşa etdi

Avropa İttifaqına bağlı “eureporter.co” saytında “Why does France take the risk of arming Armenia, an ally of Moscow and Tehran?” (Niyə Fransa Moskva və Tehranın müttəfiqi olan Ermənistanı silahlandırmağa risk edir?) adlı məqalə təqdim edib. Məqalədə deyilir ki, son vaxtlar Fransanın Ermənistanı silahlandırmaq məqsədi ilə ermənilərə özünün “Mistral” zenit-raket kompleksləri ilə təmin etməyə çalışması ilə bağlı məlumatlar yayılır. Bu məxfi məlumatı isə Ukrayna kəşfiyyat xidməti üzə çıxarıb:

"Fransa Ermənistanı öldürücü silahlarla təmin etmək qərarına gəlib. Tezliklə Ermənistana 50 zirehli zenit-raket sistemi quraşdırılmış avtomobillərin gətiriləcəyi gözlənilir”.

Ukrayna nədən bu məxfi məlumatı yayıb? Çünki Ukrayna yaxşı bilir ki, Ermənistanın iki əsas müttəfiqi var: Rusiya və İran. Ermənistan da, İran da Ukrayna müharibəsində Rusiyaya dəstək verir. Ermənistan passiv, İran isə aktiv şəkildə ortadadır. Azərbaycan isə Türkiyə ilə birlikdə Ukraynanın yanındadır. Ukrayna onu da yaxşı bilir ki, Fransanın Ermənistana ötürəcəyi silahların Rusiyaya çatması və Ukrayna cəbhəsində həmin silahlardan istifadə olunması ehtimalı son dərəcə yüksəkdir.

Sayt yazır ki, Avropa İttifaqı Ermənistanla Azərbaycanın anlaşmasında maraqlıdır. Fransa isə bu anlaşmaya mane ola biləcək yol tutub. Sayt onu da bildirir ki, Hindistan da Ermənistanın silahlandırılmasında ciddi rol oynayır.

Yadınızdadırsa, 2020-ci ilin elə bu vaxtlarında Serbiya və İordaniyanın işğalçı Ermənistana silah satması üzə çıxdı. Serbiyaya ciddi maliyyə dəstəyi verən Azərbaycan hərəkətə keçdi. Serbiya prezidenti Aleksandr Vuçiç biabırçı vəziyyətə düşdü...

Təbii ki, Fransa gizli şəkildə Ermənistana “Mistral” zenit-raket kompleksi yerləşdirə bilməz. Cənubi Qafqaz hazırda bütün dünyanın diqqət mərkəzindədir. Xüsusən İsrail kəşfiyyatı rəsmi Parisin bu kimi davranışlarına seyrçi qalmayacaq. Çünki bu, onun da milli maraqlarına qarşıdır...

Ermənistana silah hansı yolla çatdırıla bilər? Gürcüstan və İran üzərindən. Gürcüstan buna imkan verməz. Azərbaycan İran üzərindən bu kompleksin daşınmasının qarşısını almaq iqtidarındadır. Bunun üçün Güneydəki millətçi kəsimi ayağa qaldırmaq mümkündür. Həm də həmin kompleks istənilən halda Zəngəzur ərazisindən daşınmalı olacaq. Həmin ərazi isə faktiki olaraq Azərbaycan hərbçilərinin nəzarəti altındadır. Yəni həmin kompleks sərhədi keçən kimi dronlar vasitəsi ilə sıradan çıxarıla bilər...

Nəzəri baxımdan Fransa sözügedən kompleksi Ermənistana hava yolu ilə də çatdıra bilər. Ancaq quru ilə müqayisədə havaya nəzarət daha güclüdür. Həm də Ermənistanın hava məkanı da bəlli məhdudiyyətlər çərçivəsindədir...

Fransanın Ermənistana “Mistral” zenit-raket kompleksi verməsinin ortaya çıxması rəsmi Bakıya ciddi təbliğat imkanları yaradacaq. Bu isə Fransa üçün arzu olunan sonluq deyil. Həm də Fransa Avropa İttifaqı və ABŞ-ın (+Böyük Britaniya) yeritdiyi siyasi xəttə qarşı olduğunu etiraf etmək zorunda qala bilər. Bu da Fransaya yaxşı bir şey vəd etmir.

Elbəyi Həsənli,
Sürix

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs