Yazar

Yubiley yaşına çata bilməyən SƏNƏTKAR

Yubiley yaşına çata bilməyən SƏNƏTKAR…
16İyul 202314:35

Deyirdi ki ;- “Toy elin adətidir, mədəni abidəmizdir. Milli Məclisin də aparıcısı var, ölkəmizin də. Hər işin öz aparıcısı olur. Görürsən ki, bir aktyor məclisdədir, dəvət edirsən, çıxıb iki kəlmə danışmaq istəmir. Qardaş, səhnədə danışa bilmirsən, heç olmasa burda danış da. Telekanallarda imkan vermirlər sözünü deyəsən. Gedirsən çəkilişə, verilişə baxanda görürsən ki, dediyin bütün şeirləri yarımçıq veriblər. Şair yazıq qulaq asır, deyir sözlərimi niyə yarımçıq dedin? Deyirəm, mənlik deyil, orda kəsiblər. Savadsızlar işləyir orda. Bir dənə təmiz yerimiz teatrdır. Teatrı da az qalıb korlasınlar. Filmləri, telekanalları görürəm də nə vəziyyətdədir. Dərdimiz böyükdür. Ona görə də ən kasıbın da məclisinə uça-uça gedirəm. Çünki bilirəm ki, məni ürəkdən istəyirlər”.

Xalq artisti Firəngiz Mütəllimova onu belə xatırlayır: "Zemfira Nərimanova, İlham Əsgərov və mən universitetdə bir qrupda oxumuşuq. Hətta İlhamla mən bir partada da əyləşmişik. İlham çox mədəni, çox alicənab, qayğıkeş, namuslu, qeyrətli, üzündən nur yağan bir insan idi. Onun gözəl bədii qiraəti, rolları var. İlham Azərbaycan xalqı, milləti üçün dəyərli bir sənətkar idi".

Əməkdar artist Sənubər İsgəndərli: - "Onun insanlığı, mədəniyyəti, sənətkarlığı haqqında heç kim fərqli bir söz deməyəcək. Sözün əsl mənasında İlham çox abırlı insan idi. O, uşaqla uşaq, böyüklə böyük ola bilirdi. Sonuncu dəfə onunla ölümündən üç gün öncə görüşmüşdük. Uzun illərdir ki, hər dəfə məni görəndə gülərək "Boyu boyumdan, soyu soyumdan..." deyə müraciət edirdi. Deyirdi ki, bizim boyumuz da yaraşır, amma heç vaxt tərəf müqabili olmamışıq. Doğrudan da, onunla səhnədə tərəf müqabili olmaq mənə qismət olmadı. Eyni tamaşada oynadıq, amma oynadığımız personajların bir-birinə aidiyyəti olmadı, bir sözlə, eyni tamaşada olsaq da, eyni səhnəni paylaşmadıq. Elə son dəfə bunu dedi, qucaqlaşdıq. Mən bilmədim ki, bu, bizim sonuncu görüşümüz olacaq. Allah ona rəhmət eləsin!".

Bəli, Xalq artisti, mərhum İlham Əsgərov gözəl insan idi. Yaşasaydı, bu gün 65 yaşını qeyd edəcəkdi. O, 16 iyul 1958-ci ildə Masallı rayonu Xoşçobanlı kəndində dünyaya gəmişdi. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdi. Çalışdığı Azərbaycan Dövlət Milli Dram Teatrında bir çox yadda qalan obrazlar yaradıb. 2015-ci ildə 57 yaşında ikən vəfat edib.

Ruhu şad olsun!

Elman Eldaroğlu

 

Müəllifin digər yazıları

Yaşamaq gözəldir...

Yaşamaq gözəldir...

 

Dürüstlük onun üçün çox vacib bir məsələdir. Heç vaxt heç kimi aldatmır və aldanmağı da sevmir. Məcaranı, dinamikliyi xoşlayır. Nikbinliyi, məzmunlu mülahizələri ilə son dərəcə cazibədar görünür. Emosional cəhətdən tərbiyəli, ahəngdardır və geniş düşünməyi bacarır. Məhdudiyyətlərin, eləc

70-ə nə qaldı ki?..

70-ə nə qaldı ki?..

Məncə elmlər doktoru, professor, hətta akademik də olmaq mümkündür. Vaxtında yaxşı təhsil alıb yorulmadan elmlə məşğul olsan, bu adları qazana bilərsən. Amma “kişi adam” adını qazanmaq hər adamın hünəri deyil, oxumaqla, vəzifədən-vəzifəyə yüksəlməklə nail olmaq olmur. Gərək yaranışdan təyinatın b

Ədəbi tənqidimizin cavan şiri...

Ədəbi tənqidimizin cavan şiri...

Onu cəmi bir dəfə görmüşəm, yaxından tanımıram. Odur ki, bir fərd kimi xüsusiyyətlərini tam xarakterizə edə bilməyəcəm. Amma müşahidələrimin nəticəsini, onun haqqında eşitdiklərimi sizinlə bölüşməyə hazıram.

1958-ci ildə Masallı rayonunda dünyaya gəlib. 1986-cı idə Azərbaycan Dillər Univer

Ruhuna rəhmət diləyirəm

Ruhuna rəhmət diləyirəm

Altmış yeddi il bundan əvvəl də dünya sarsaqların əlində girinc qalmışdı. SSRİ-nin baş katibi Nikita Xruşov BMT-nin iclas zalında ayaqqabısını masaya döyəcləyərək dünyaya meydan oxuyurdu. İranda isə feodalizm tüğyan edirdi. Daha doğrusu, şah Məhəmməd Rza Pəhləvinin dövranı idi. Ölkənin Təbriz şəh

Mehriban İnsan 

Mehriban İnsan 

Allah-Təala müqəddəs kitabımızda çox yerdə vurğulayır ki, hər şeydən xəbərdardır və yerin–göyün, bütün kainatın da Sahibi özüdür. Yəni Onun iradəsindən kənarda kainatda heç nə baş verə bilməz.

Əl–Bəqərə surəsinin, 116-cı ayəsində yazılıb: – “Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məx