Yazar

Ermənistanda korrupsiya qalmaqalı: “Əgər bunlar bu qədər ağıllı idisə...”

Ermənistanda korrupsiya qalmaqalı: “Əgər bunlar bu qədər ağıllı idisə...”
19İyul 202315:06

Azadlıq” radiosunun ingilisdilli bölümü ermənilərin “Hetq.am” saytına istinadən Ermənistan parlamentinin spikeri Alen Simonyanın bahalı yaşayış kompleksinin tikintisində əli olduğunu yazır. 

Bazar ertəsi dərc olunan məqalədə “Hetq.am” saytı iddia edir ki, Simonyanın köhnə dostu Edqar Avagyanın varlı adam kimi tanınmır. Buna baxmayaraq, onun 40-50 milyon dollar dəyərində olan daşınmaz əmlak layihəsində 25 faiz paya sahib olduğu ortaya çıxıb. Maraqlıdır, hazırda rəsmi olaraq Simonyanın həyat yoldaşı tərəfindən idarə olunan telekanalda çalışan Avaqyan baş nazir Nikol Paşinyanın siyasi komandasının nüfuzlu üzvü üçün hansı rolda çıxış edir? 

Artıq qardaşına gəlirli dövlət müqavilələri almağa kömək etməkdə ittiham edilən Alen Simonyan kurort şəhəri Tsaghkadzorda tikilmiş geniş komplekslə hər hansı əlaqəni qəti şəkildə inkar edir. “Facebook”-dakı paylaşımında o, adıçəkilən nəşrin ortaya atdığı iddiaların heç bir sübuta söykənmədiyini vurğulayıb. 

1,6 hektar ərazini əhatə edən Tsaghkadzor kompleksinin ümumilikdə 700-ə yaxın mənzili olan doqquz binadan, bir sıra mağazalardan, restorandan və fitnes mərkəzindən ibarət olacaq. Onu tikən şirkətin daha üç səhmdarı var: bir gürcü və iki erməni investor bu layihədə yer alır. 

“Hetq.am” saytında gedən məqalənin müəllifi Tirayr Muradyan çərşənbə axşamı bəyan edib ki, o, Simonyanın hakim “Mülki Müqavilə” partiyasına bağlı Tsaghkadzor merinin kömək etdiyi layihədəki rolu ilə bağlı suallar verib. Müəllif bildirib ki, Avaqyan əvvəllər heç vaxt tikinti və ya digər sektorlarda irimiqyaslı bizneslə məşğul olmayıb və yalnız müxtəlif erməni telekanallarında rəhbər vəzifələrdə çalışıb.

“Onun tikinti layihəsində iştirakının arxasında hansı məntiq dayanır?”, jurnalist “Azadlıq” Radiosunun erməni xidmətinə bildirib. "Onun digər iş adamları ilə nə ortaqlığı var?"

Məqalədə vurğulanıb ki, 2017-ci ildə İrəvan məhkəməsi Avagyanı iki kommersiya bankına olan 44 min dollar borcunu qaytarmadığı üçün müflis elan edib. Alen Simonyanın dostunun hələ də həmin banklara borcu var.
“Azadlıq” radiosu yazır ki, Avagyan ilə əlaqə saxlamaq mümkün olmadı. Onu müdafiə edən vəkil hazırda ölkədə olmadığını bildirib. 

Muradyan deyib ki, Avaqyan layihədə 25 faiz pay əldə etmək üçün Simonyanla yaxın əlaqələrindən istifadə edib və ya həmin 25 faizin həqiqətən də spikerə aid ola biləcəyini fərz etmək olar.

“Bu insanlar 2018-ci ildə az iş təcrübəsi və kapitalla hakimiyyətə gəldilər, lakin çox qısa müddət ərzində böyük biznes layihələrində iştirak etdilər. Əgər onlar bu qədər ağıllı idisə, siyasi hakimiyyətdən kənarda bu kimi işləri niyə görmürdülər?"

Jurnalist Ermənistan mediası tərəfindən getdikcə özlərini və yaxınlarını zənginləşdirməkdə olan və 2018-ci il “məxməri inqilab” zamanı verdikləri antikorrupsiya vədlərini pozmaqda ittiham olunan Paşinyanın ətrafına diqqət çəkib. 

Bu ilin martında hakerlər “Aravot” qəzetinin YouTube kanalını ələ keçiriblər. Onlar Simonyan da daxil olmaqla bir neçə yüksək vəzifəli dövlət məmuru və hökumətyönlü deputatların bahalı əmlak almasından bəhs edən video-reportaj  təqdim etmişdi. 

Bu ilin əvvəlində Nikol Paşinyan bu cür məlumatlara görə Ermənistanın “Transparency International” təşkilatının illik korrupsiya sorğusunda xeyli gerilədiyini bildirib. O, açıq şəkildə yüksək vəzifəli məmurları qeyri-qanuni varlanmada ittiham edən media orqanlarının “yalan”larını ifşa etmək üçün məhkəməyə verməyə çağırıb. Baş nazir yenidən “sistemli şəkildə korrupsiyanı” aradan qaldırdığını iddia etdi.

Paşinyan hökuməti tərəfindən idarə olunan dövlət satınalmalarında dürüstlüklə bağlı suallar da artır. Simonyanın qardaşı Karlenin idarə etdiyi yol tikintisi şirkəti keçən il ən azı 9 dövlət müqaviləsi qazanıb.

Mübahisələrə səbəb olan spiker müstəqil və müxalifətyönlü media qurumlarını “Euroasphalt” adlı şirkətin hökumət tərəfindən imtiyazlı rəftardan istifadə etdiyini irəli sürdüklərinə görə pisləyib. Nikol Paşinyan isə öz növbəsində qardaşının “Euroasphalt”a sahib olmadığını bildirib.

2021-ci ildə “Azadlıq” Radiosunun Erməni Xidməti aşkar edib ki, “Euroasphalt” rəsmi qeydiyyatdan keçərkən iki ünvan göstərib. İrəvandakı ünvanlardan birində o vaxt Alen Simonyanın anası yaşayıb. 

Elbəyi Həsənli,
Sürix 

Müəllifin digər yazıları

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Mi

Bəşər Əsəd İranı kürəyindən vurdu

Bəşər Əsəd İranı kürəyindən vurdu

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çi