Yazar

Rusiya Ruben Vardanyanın dili ilə danışır

Rusiya Ruben Vardanyanın dili ilə danışır
19İyul 202316:29

Qarabağ separatçılarının keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan hesab edir ki, Azərbaycanın Ağdamdan keçən yolun istifadəsinə dair təklifini dəstəkləməklə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel qondarma “Artsax”ın blokadasına legitimlik qazandırıb.

“Deməli, vasitəçilər mövcud problemləri həll etməkdənsə, istər-istəməz yeni problemlərin yaranmasına töhfə verə bilərlər”, - Vardanyan çərşənbə axşamı, iyulun 18-də tvitter-də bildirib.

Onun fikrincə, Avropa İttifaqınin Azərbaycanın terminologiyasını qəbul etməsi Əliyevin “Artsax” ermənilərinə qarşı təzyiqlərinə bəraət qazandıra bilər.

R.Vardanyan demokratik dəyərlərlə öyünən Avropa İttifaqını Azərbaycanı dəstəkləməkdə ittiham edir. Erməni milyarder hesab edir ki, bununla da Aİ guya “etnik təmizləmə siyasətini və Artsax ermənilərinin öz ata-baba torpaqlarından zorla köçürülməsini dəstəkləmiş olur”.

Şübhəsiz ki, Rusiya Ruben vardanyanın dili ilə danışır və onun üzərindən Avropa İttifaqını ittiham edir.


Elbəyi Həsənli, Sürix

Müəllifin digər yazıları

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar