Yazar

Rusiya Ermənistan və Qazaxıstan vətəndaşlarını muzdlu əsgərə çevirir

Rusiya Ermənistan və Qazaxıstan vətəndaşlarını muzdlu əsgərə çevirir
3Sentyabr 202316:35

6 milyon mühacirin hesabına ordudakı itkiləri bərpa etmək istəyirlər

Böyük Britaniyanın “The Daily Mail” qəzeti “Putin's Russia scrambles to draft in mercenaries from Armenia and Kazakhstan to plug gaps in troop numbers fighting in Ukraine

MoD said Russia has been appealing to citizen of neighbouring countries with recruitment adverts since June” (“Putin Rusiyası Ukraynada döyüşən hərbçilərin sayının azalmasının qarşısını almaq üçün Ermənistan və Qazaxıstandan muzdlu əsgərlər cəlb etməyə çalışır.

Müdafiə Nazirliyi bildirib ki, Rusiya iyun ayından etibarən qonşu ölkələrin vətəndaşlarına hərbi xidmətə qəbul elanları ilə müraciət edir”) adlı məqalə ilə çıxış edib.

ABŞ rəsmilərinə istinadən qəzet yazır ki, 18 ay əvvəl Ukraynada müharibə başlayandan bəri Moskva ağır əsgər itkiləri verib və həlak olan və ya yaralanan Rusiya və Ukrayna hərbçilərinin ümumi sayı 500 minə yaxındır. Vladimir Putin Ukraynada döyüşən qoşunların sayının azalmasının qarşısını almaq üçün Rusiya ordusunda xidmət etmək məqsədi ilə Ermənistan və Qazaxıstandan muzdlu əsgərlər cəlb edir. Rusiya iyun ayından etibarən qonşu ölkələrin vətəndaşlarından hərbi məqsədlər üçün yararlanmağa başlayıb.

Bildirilir ki, Ermənistan və Qazaxıstandan olan hər bir muzdlu əsgərə ilkin ödəniş 495 000 rubl (4079 funt sterlinq, 79 sent 1 dollardır) və 190 000 rubl (1 566 funt sterlinq) maaş təklif edən online reklamlar yayılıb. Qazaxıstanın şimalındakı Qostanay bölgəsində etnik rus əhaliyə müraciət olunub. Ən azı may ayından etibarən Rusiya Mərkəzi Asiyadan olan miqrantlara Ukraynada döyüşmək üçün müraciət edib, onlara sürətlə həyata keçirilən vətəndaşlıq və 3305 funt sterlinqə qədər maaş vəd olunub.

Qəzet qeyd edir ki, Mariupoldakı özbək miqrant inşaatçıların pasportları müsadirə edilib. Bu yolla onları Rusiya ordusuna qoşulmağa məcbur edirlər. Kreml ehtimal ki, Rusiyada Mərkəzi Asiyadan olan ən azı 6 milyon miqrant var və rəsmi Kreml həmin miqrantlara potensial muzdlu əsgər gözü ilə baxır. O da vurğulanır ki, Rusiya çox güman ki, 2024-cü il prezident seçkiləri ərəfəsində qeyri-populyar olan daxili səfərbərlik tədbirlərindən qaçmağa çalışır. Xarici vətəndaşların istismarı Kremlə artan əsgər itkilərini bərpa etmək üçün əlavə imkan yaradır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev bu il 280 min nəfərin Rusiya ordusunda peşəkar hərbi xidmət üçün müqavilə əsasında qeydiyyatdan keçdiyini bildirib.

Keçən il Rusiya hərbi personalını 30 faizdən çox artıraraq 1,5 milyona çatdırmaq planını açıqlamışdı. Bəzi rusiyalı deputatlar isə Rusiyanın ölkənin təhlükəsizliyini təmin etmək üçün 7 milyonluq peşəkar orduya ehtiyacı olduğunu bildirib. Bu isə böyük büdcə vəsaiti tələb edəcək təklifdir.

Onu da qeyd edək ki, Rusiyada 2 milyon nəfərdən çox azərbaycanlı yaşayır. Onların da zorla muzdlu döyüşçüyə çevrilməsi üçün Rusiyada müəyyən addımlar atılıb. Ancaq bu cəhdlər o qədər də uğurlu olmayıb. Qonşu Dağıstan əhalisi də Rusiya-Ukrayna müharibəsinə qatılmağa ciddi müqavimət göstərir. Göründüyü kimi, Rusiya müharibəni miqrantların hesabına aparmağa çalışır. Eyni zamanda Rusiyanın daxilində yaşayan etnik qrupların nümayəndələrini də rəsmi Moskva məqsədli şəkildə ön cəbhəyə göndərir. Yerli ruslar, xüsusən gənclər isə bütün mümkün vasitələrlə Rusiyanı tərk etməyə çalışırlar.


Elbəyi Həsənli, Sürix

Müəllifin digər yazıları

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Mi

Bəşər Əsəd İranı kürəyindən vurdu

Bəşər Əsəd İranı kürəyindən vurdu

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çi