Yazar

Ölmüş iş adamının şiri Azərbaycandan Cənubi Afrikaya aparılıb

Ölmüş iş adamının şiri Azərbaycandan Cənubi Afrikaya aparılıb
5Sentyabr 202310:56

15 yaşlı Ruben 6 il zooparkda tək və ac qalıb

“The Daily Mail” qəzeti yazır ki, Azərbaycandakı zooparkda tərk edilmiş Ruben adlı şir heyvansevərlər tərəfindən Böyük Britaniyaya məxsus “Animal Defenders International” təşkilatının köməyi ilə 22 saatlıq uçuşdan sonra Cənubi Afrikaya çatdırılıb. 15 yaşlı Ruben Azərbaycanda bir biznesmenə məxsus olub. İş adamının ölümündən sonra şir zooparkın bir küncündəki dar qəfəsdə 6 il ərzində tək qalıb. Heyvanın qidalanması aşağı səviyyədə olub...

Nəsə, bu məsələ mənə maraqlı gəldi. Araşdırdım. Məlum oldu ki, söhbət Qarabağ ermənilərinin nəzarəti altında olan zooparkdan gedir. İş adamı da ermənidir. Şirin Ruben adını daşıması da bu səbəbdən qaynaqlanır.

Əlbəttə, “The Daily Mail” qəzetinin Qarabağı Azərbaycan torpağı kimi təqdim etməsi çox yaxşıdır. Ancaq məqalədə ən azı bir yerdə qeyd olunmalıydı ki, söhbət ermənilərin nəzarəti altında olan ərazidəki zooparkda saxlanılan heyvandan gedir. Ruben Qarabağdan böyük ehtimal ki, mart ayında Laçın buraxılış-keçid məntəqəsindən keçərək İrəvana aparılıb. Bu əməliyyata 9 saat vaxt sərf olunub. Bir müddət İrəvanda saxlanılan Ruben Qətər Hava Yolları vasitəsi ilə mənzil başına çatdırılıb.

Azərbaycanın belə bir məqamı əldən verməsi təəssüf doğurur. Çünki bu fakt Azərbaycana ciddi təbliğat imkanları verə bilərdi. Bir şiri adam kimi saxlaya bilməyən Qarabağ erməniləri hansı dövlətdən danışırlar?...

“Animal Defenders International”ın prezidenti Jan Creamer deyir: "Ruben həyatında ilk dəfə dəmir qəfəsdən çıxaraq çəmənlikdə yeriyəndə (Cənubi Afrika meşəsində) göz yaşlarımızı saxlaya bilmədik".

“The Daily Mail” qəzeti onu da vurğulayır ki, Rubenin xilas olunmasında onların da xüsusi rolu var. Belə ki, qəzet bu barədə dəfələrlə yazıb.

Elbəyi Həsənli, Sürix

 

Müəllifin digər yazıları

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar