Yazar

Azərbaycan Qarabağa görə təcili hərəkətə keçməlidir - Sensasion DETALLAR

Azərbaycan Qarabağa görə təcili hərəkətə keçməlidir - Sensasion DETALLAR
11Sentyabr 202318:07

Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsi olan Dünya Qida Proqramının rəsmi məlumatına görə, hər il 9 milyon insan acından ölür. 5 yaşından kiçik 149 milyon uşaq adekvat qida çatışmazlığı səbəbindən sağlam böyüyə bilmir. 2022-ci ilin iyul ayında Dünya Ərzaq Proqramı aclıqla üzləşən təxminən 828 milyon insandan 345 milyonunun kəskin aclıq keçirəcəyi barədə xəbərdarlıq etmişdi. Keçən il təxminən 193 milyon insan kəskin şəkildə qida çatışmazlığından əziyyət çəkib. Ukrayna münaqişəsinin ərzaq qiymətlərinə və mövcudluğuna təsiri və Afrika Buynuzu bölgəsində son 40 ilin ən pis quraqlığı vəziyyəti daha da pisləşdirib.

Ukrayna taxılı bu il Afrikaya çatmasa, qitədə 10 milyonlarla insan fəlakətlə qarşılaşacaq. Hələ orası da var ki, çirkli su içdiyinə görə və ya susuzluqdan hər il 3.5 milyon insan vəfat edir...

Biz belə bir dünyada yaşayırıq. Belə bir fonda Qərbin təbliğat maşını gecə-gündüz həyəcan təbli çalır ki, bəs Qarabağda ermənilər acından ölür, onlar genosidə məruz qalıb. Azərbaycan Laçın buraxılış-keçid məntəqəsini dəhliz statusunda açmasa, ermənilər keçən əsrdə olduğu kimi, bu dəfə də fəlakətlə üzləşəcək. Bu dəfə Osmanlı türkləri yox, onların qan qardaşı olan Azərbaycan türkləri erməni soyqırımı törədəcək. Bu dəfə soyqırımı top-tüfənglə yox, aclıq üzərindən həyata keçiriləcək.

Siyasətdən xəbərdar olan hər kəs bilir ki, Qarabağ ermənilərinin əsas hədəfi Azərbaycana re-inteqrasiyadan yayınmaq, keçmiş Dağlıq Qarabağa müstəqillik qazandırmaq, ən pis halda isə Azərbaycan daxilində muxtar quruma çevrilməkdir. Onların arzusu Laçın yolu ilə yenidən silahlanmaq və ilk fürsətdə Azərbaycana qarşı siyasi və hərbi təxribatlara əl atmaqdır. Yəni Qarabağ erməniləri, Ermənistan, dünya erməni mərkəzləri, ermənilərə dəstək verən siyasi paytaxtlar bu hədəflərə varmaq üçün Qarabağda ermənilərin kütləvi aclığı ilə bağlı beynəlxalq səviyyədə şou göstərirlər. Qarabağdakı ermənilər isə bütün dünyanın gözü qarşısında nə Azərbaycanın, nə də Rusiyanın göndərdiyi humanitar yardımı qəbul edirlər.

Təbii ki, dünyanın siyasi mərkəzləri söhbətin mahiyyətindən yaxşı xəbərdardır. Ancaq özlərini elə aparırlar ki, guya ermənilərin “aclıqdan” qırıla biləcəyindən səmimi şəkildə narahatdırlar. Haqlı olaraq ortaya belə bir sual çıxır: bu necə olur ki, Qərb acından ölən 9 milyon insanın xilası üçün əlini ağdan qaraya vurmur. Afrikada 100 milyonlarla insanın aclıqdan əziyyət çəkməsinin qarşısını almaq üçün real addım atmır. Ancaq Qarabağdakı ermənilərin aclıq şousuna bu qədər önəm verirlər. Bu şounun daha effektiv olması üçün min oyundan çıxırlar.

Aydındır ki, Qərbin ermənilər üçün axıtdığı göz yaşının arxasında duran siyasi maraqlar var. Bu maraqlar qədim Romadan gələn “parçala, hökm sür” siyasətinə söykənir. Qərb də Rusiya və İran kimi Azərbaycan və Türkiyəyə (bütövlükdə Türk Dünyasına) təzyiq imkanlarına malik olmaq üçün erməni kartından yararlanmaq istəyir. Fikir verin: Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampon Qarabağ ermənilərinin “aclığını” genosid kimi dəyərləndirir. Ancaq hər il 9 milyon insanın acından real şəkildə ölməsindən bir kəlmə də danışmır. Niyə? Çünki o 9 milyon aclıq qurbanının Luis Moreno Okamponun dilini aça biləcək pul-parası yoxdur. Ancaq erməni lobbisinin pulu var. Və məhz erməni lobbisinin pulu kriminal keçmişi olan sabiq baş prokuroru belə sərsəm fikirlər səsləndirməyə təşviq edir.

Hazırda Efiopiya, Somali, Cənubi Sudan, Yəmən və Əfqanıstan aclıqdan əziyyət çəkir. Demokratiyadan dəm vuran, insan haqlarının keşiyində durduğunu bağıra-bağıra çar çəkən ABŞ-ın isə illik hərbi büdcəsi 800 milyard dollara yaxınlaşır. Yəni Amerika insan öldürmək üçün xərclədiyi pulun 5-10 milyardından keçsə, dünyada aclığın kökünü kəsmək olar.

Eləcə də Avropa İttifaqı bu sahədə təşəbbüsü ələ alsa, vəziyyət kökündən dəyişər. Gecə-gündüz insanlıqdan, mərhəmətdən dəm vuran Qərb bunu etmir. Etmək istəmir. Ancaq elə həmin Qərb Qarabağda ermənilərin şou göstərməsini ayaq üstə alqışlayır. Onlara canıyananlıq edirlər. Bəs bu Afrikada ölənlər insan deyil?

Şübhəsiz ki, bu məsələnin irqçiliklə bağlı tərəfi də var. Məsələn, Ukrayna müharibəsi başlayanda Qərbə qaçan insanlar arasında qaradərili tələbələr də vardı. Tələbələr sosial şəbəkələrdə kəskin şəkildə etiraz edirdilər ki, bizimlə heyvan kimi davranırlar, bizi Avropa ölkələrinə buraxmırlar, çünki biz qaradərili insanlarıq. Etirazlar o həddə gəlib çatdı ki, 55 ölkənin üzv olduğu Afrika İttifaqı bu məsələ ilə bağlı bəyanat verdi və Avropada yaşanan irqçiliyə etiraz etdi...

Bu mövzu daha da genişləndi. Düşünün ki, BBC-nin Kiyevdə yayımladığı reportajda belə deyilirdi: “Mənim üçün çox emosional anlardır, çünki mavi gözlü və sarı saçlı avropalıların öldürüldüyünü görürəm”. Bu reportaj ciddi etirazla qarşılandı. Twitter-də (X) BBC irqçilikdə ittiham olundu. İstifadəçilərdən biri belə yazmışdı: “Ancaq "mavi gözlü və sarı saçlı" insanların Yaxın Şərq və Afrikaya bomba atması yaxşıdır. "Mavi gözlər və sarı saçlar" ifadəsi Hitlerin “Mein Kampf” əsrində ari irqi haqqında işlənib”.

Məşhur “Al-Jazeera” televiziyası “Double standards”: Western coverage of Ukraine war criticised” (“İkili standartlar”: Qərbin Ukrayna müharibəsini işıqlandırması tənqid edilib) adlı məqaləsində bu barədə geniş söhbət açılıb...

“Al-Jazeera” də Qərbi ikili standartlarda ittiham edir. Bizim isə bu cür ittihamları daha kəskin şəkildə ortaya qoymağımız gərəkir. Bu kimi arqumentlərdən istifadə edərək Qərbin ermənilərin marağına köklənmiş təbliğat maşınını sıradan çıxarmaq olar. Bu, mümkündür. Qarabağda erməni separatizminin yenidən canlanmasına heç bir halda imkan vermək olmaz. Ona görə də problemi indi, kökdən həll etmək lazımdır. Hazırda Türkiyə birmənalı şəkildə Azərbaycanın yanındadır. Yaxın gələcəkdə Türkiyədə siyasi hakimiyyət dəyişə bilər. Ən azı nəzəri baxımdan Türkiyədə ermənilərə qucaq açan siyasi partiyaların iqtidara gəlməsi nəzəri baxımdan mümkündür. Cümhuriyyət Xalq Partiyası başqanı Kamal Kılıçdaroğlu kimiləri bundan sonra da olacaq. Ona görə də Azərbaycan tərəddüd etmədən bu prosesi bitirmək üçün hərəkətə keçməlidir. Geriyə yol yoxdur.

Elbəyi HƏSƏNLİ, SÜRİX

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs