Yazar

“İran Ermənistanın tərəfindədir” - İsrail Bakıdan Tehrana mesaj göndərib? - İDDİA

“İran Ermənistanın tərəfindədir” - İsrail Bakıdan Tehrana mesaj göndərib? - İDDİA
14Sentyabr 202316:21

İsrailin “Globes” nəşrində “Israel Aerospace conducts missile trial in Azerbaijan” (“İsrailin Aerospace şirkəti Azərbaycanda raket sınaqları keçirib”) adlı məqaləsində deyilir ki, İsrailin “Barak MX” raket ələkeçirmə sisteminin nümayişi Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləyən İrana mesaj kimi də şərh edilə bilər.

“Israel Aerospace Industries” (IAI) “Barak MX” raket ələkeçirmə sisteminin nümayiş etdirmə əməliyyatlarını uğurla başa çatdırıb. Şirkət sınaq təlimlərinin hansı ölkədə keçirildiyini açıqlamasa da, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, sınaq Azərbaycanda keçirilib. Azərbaycanda “Barak MX” “Yıldırım” adlanır.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bu, ölkənin hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış təlimdir. Azərbaycanın beynəlxalq hüquq normalarına görə, Ermənistanın işğalı altında olan geniş ərazilərini azad etdiyi II Qarabağ müharibəsində əldə etdiyi uğurlardan təxminən üç il sonra Cənubi Qafqaz regionunda vəziyyət yenidən gərginləşib.

Nəşr yazır ki, İran münaqişədə Ermənistanın tərəfindədir və İranın İnqilab Keşikçiləri Azərbaycana hədələyir.

“Barak MX” təyyarə, helikopter, pilotsuz uçuş aparatları və raketlər də daxil olmaqla, geniş çeşiddə hava platformaları və silahlardan yüksək keyfiyyətli müdafiəni təmin edən sistemdir. Sistem gecə-gündüz və istənilən hava şəraitində işləyə bilən dəniz və quru versiyalarına malikdir. O, çoxlu sayda eyni vaxtda təhlükələr də daxil olmaqla, mürəkkəb döyüş meydanı ssenarilərini uğurla idarə edə bilir.

IAI-nin baş direktoru Boaz Levi bildirib ki, "Barak” sistemi çox funksiyalıdır və müxtəlif hava təhdidlərinin optimal şəkildə qarşısının alınmasına imkan verir.

Elbəyi Həsənli, Sürix 

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs