Paşinyan Hitleri müdafiə etdi – Yəhudilər ayağa QALXDI
Bakı Yəhudi Məktəbinin direktoru, Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayevin təşəbbüsü ilə Amerika və Avropanın 100-dən çox aparıcı ravvini Ermənistanın Azərbaycan əleyhinə aparılan kampaniyasına qarşı çıxıb. Bu barədə “The Times of İsrael” xəbər yayıb.
Qəzet bildirib ki, müraciətə imza atan yəhudi din xadimləri (Qarabağ) ermənilərin Holokostla müqayisə olunmasına etiraz edirlər. https://www.timesofisrael.com/in-unusual-move-chabad.../ (Qeyri-adi hərəkətlə Avropadakı ravvinlər ermənilərin Holokost ilə müqayisəsi pisləyirlər) adlı məqalədə deyilir ki, Ermənistan rəqibi Azərbaycanın nüfuzuna xələl gətirmək üçün soyqırımla bağlı həqiqətləri təhrif edir.
Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Holokostu gözdən salan, onun əhəmiyyətini kiçildən ifadələr işlənir. Belə ki, “qetto”, “soyqırım” və “xolokost” kimi ifadələr dəhşətli Holokost qurbanlarının və bütövlükdə yəhudi xalqının yaşadığı əzablardan qaynaqlanır.
Paşinyan iyul ayında verdiyi müsahibədə Azərbaycanın Dağlıq Qarabağda “sözün hərfi mənasında getto yaratdığını” deyib. Paşinyan Adolf Hitler və onun tədricən hakimiyyətə gəlməsi barədə də danışıb. Paşinyan bildirib ki, Hitler hakimiyyətə gələndən dərhal sonra “qılıncını çəkməyib və yəhudiləri küçələrdə təqib etməyə başlamayıb”.
Məktubu imzalayanlar arasında Hollandiyanın baş ravvini Binyomin Jacobs və Budapeştdən (Macarıstan) Baruch Oberloander də daxil olmaqla, Avropanın digər nüfuzlu ravvinləri də var.
“The Times of İsrael” yazır ki, illik 56 milyard dollarlıq ümumi daxili məhsul (ÜDM) olan neftlə zəngin Azərbaycan ÜDM baxımından Ermənistandan dörd dəfədən çox üstün mövqeyə sahibdir. Ancaq Avropa İttifaqı, ABŞ və onun hüdudlarından kənarda nisbətən güclü erməni lobbisi var.
Azərbaycan İsrailin müttəfiqi və yəhudi dövlətinin əsas neft tədarükçüsüdür. Azərbaycan rəsmiləri tez-tez bəyan edirdilər ki, onların ölkəsində antisemitizm yoxdur və Azərbaycan Holokostu orta məktəb şagirdləri üçün tədris planına daxil edən ilk müsəlman ölkəsidir. Azərbaycan həm də İsrail silahlarının əsas alıcısıdır.
Azərbaycan rəsmiləri tez-tez altı milyona yaxın yəhudinin həlak olduğu Holokostu 1992-ci ildə mülki azərbaycanlılara qarşı Xocalı qətliamı ilə müqayisə edirlər. Azərbaycan hökuməti bildirir ki, erməni hərbçilərinin törətdiyi bu vəhşilikdə 613 nəfər həlak olub...
Elbəyi Həsənli, Sürix