Yazar

Erməni faşizmini Qarabağda dəfn edirik - Kitab bağlanır...

Erməni faşizmini Qarabağda dəfn edirik - Kitab bağlanır...
22Sentyabr 202315:51

Mənim müşahidəmə görə, Azərbaycanda xalqın böyük əksəriyyəti Qarabağda baş verən köklü dəyişikliyin Azərbaycan dövləti və xalqı üçün nə demək olduğunun fərqində deyil. İnsanlarımız olayın miqyasını təsəvvür edə bilmirlər. Söhbətin nədən getdiyini bəsit şəkildə izah etməyə çalışacam.

Sadəcə qısa və konkret bir misal çəkəcəm. Ümid edirəm ki, bu misal üzərində təsəvvürlərə bir az aydınlıq gələcək. Məlumdur ki, “ASALA” terror təşkilatının “ASALA-RM” qanadının qurucusu, "Avo" ləqəbli Monte Melkonyan ermənilər üçün bir əfsanədir. Amerikada doğulmuş və sonradan məşhur terrorçuya çevrilmiş bu şəxsin dillər əzbəri olan bir fikri var: “Əgər biz Qarabağı itirsək, erməni tarixinin son səhifəsini çevirmiş olacağıq”.

Yəni Qarabağın əldən getməsi ilə ermənilərin mövcudluğuna son qoyulur. O deyirdi ki, Qarabağdan sonra türklər Zəngəzur və Ermənistanın digər bölgələrinə doğru irəliləyəcəklər.

44 günlük müharibədəki məğlubiyyətdən sonra erməni analitiklər Monte Melkonyanın bu fikrini tez-tez sitat kimi önə çəkirlər. Onlar deyirlər ki, 2020-ci ildəki atəşkəs sazişindən sonra Azərbaycanın “Zəngəzur dəhlizi” məsələsində təkid etməsi və 2020-2021-ci illərdə sərhəd böhranı zamanı Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə girməsini nəzərə alsaq, Monte Melkonyanın uzaqgörənliyinə bir daha əmin ola bilərik.

Bəli, o, keçmiş Dağlıq Qarabağın taleyini bütün erməni xalqının uzunmüddətli təhlükəsizliyi üçün həlledici faktor hesab edirdi. Ermənilər Qarabağı itirdilər. Monte Melkonyanın obrazlı şəkildə dediyi kimi, erməni tarixinin sonuncu səhifəsi çevrildi. Kitab bağlandı. Erməni nağılının davamı olmayacaq.

Monte Melkonyanı Qarabağda öldürdüyümüz kimi, erməni faşizmini də Qarabağda dəfn etdik. Məsələ bitdi. Rahat olun. Sadəcə bitmiş məsələnin başa çatması və rəsmiləşməsi üçün kiçik zaman fasiləsi lazımdır.

44 günlük müharibədən sonra 3 il səbirlə gözlədik. Qarabağda antiteror əməliyyatını isə cəmi 1 günə keçirdik. İndi isə söhbət illərdən və aylardan yox, günlərdən gedir. Yaxın günlərdə hər şey öz yerini alacaq...

Onu da deyim ki, sentyabrın 25-də Azərbaycan parlamentində “Qərbi Azərbaycan”la bağlı dinləmələr olacaq. Ermənistan mətbuatı yazır ki, Azərbaycan Süniki ələ keçirmək fikrindədir. Bu məqsədlə də azərbaycanlıların Zəngəzur mahalının Sünik mərzinə və Dərələyəz mahalının Vayots dzor mərzinə geri köçürülməsi ilə bağlı müzakirələrə start veriləcək.

Yəni Ermənistanın kitabı bağlanıb, Azərbaycan isə təzə fəsilin ilk hissəsini yazmaqdadır...

Elbəyi Həsənli, Sürix

Müəllifin digər yazıları

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Mi

Bəşər Əsəd İranı kürəyindən vurdu

Bəşər Əsəd İranı kürəyindən vurdu

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çi