Yazar

“Azərbaycan Ermənistandan daha 3 şey alacaq” - Daşnaklar təşvişə düşüb

“Azərbaycan Ermənistandan daha 3 şey alacaq” - Daşnaklar təşvişə düşüb
1Noyabr 202313:15

Daşnakların mətbuat orqanı olan “armenianweekly” saytında Dr. Benyamin Poqosyan “Azerbaijan’s new shopping list” (“Azərbaycanın yeni alış-veriş siyahısı”) adlı məqalə ilə çıxış edib. Bu məqalədə diqqət çəkən bəzi məqamlara toxunacağıq.

Müəllif deyir ki, Azərbaycan tərəfi dünyada gedən siyasi proseslərdə balaca bir boşluq yaranan kimi, hərəkətə keçir:

“2020-ci ildə 44 günlük müharibə zamanı da belə oldu, 2023-cü ildə-24 saatlıq müharibə zamanı da”.

Benyamin Poqosyan həyasızcasına bildirir ki, Azərbaycanın ermənilərə qarşı törətdiyi cinayətlərə dünya ictimaiyyəti adekvat reaksiya vermir. Yazır ki, buna görə də Azərbaycan Ermənistana qarşı yeritdiyi aqressiv siyasəti davam etdirəcək.

“Azərbaycanın yeni alış-veriş siyahısı” dedikdə müəllif yaxın gələcəkdə Azərbaycanın Ermənistana qarşı ata biləcəyi addımları nəzərdə tutur. Müəllif yazır:

“Birinci məsələ odur ki, Nikol Paşinyan Azərbaycan ərazisini Alma-Ata sənədinə əsasən 86,600 kv.km kimi tanıyır. Bu isə o deməkdir ki, hazırda Ermənistanın nəzarətində olan Azərbaycan anklavları (söhbət 7+1 kənddən gedir) geri qaytarılmalıdır. Ümumi sahəsi 109 kv.km olan bu kəndləri Ermənistan könüllü şəkildə geri verməsə, Azərbaycan hərbi əməliyyata əl ata bilər. İkinci məsələ isə “Zəngəzur dəhlizi” məsələsidir. Ermənistan bu məsələyə razılıq verməsə, Azərbaycan hərbi əməliyyata başlaya bilər. Üçüncü məsələ isə “Qərbi Azərbaycan” konsepsiyasıdır. Hətta ermənilər Qarabağı tərk etdikdən sonra da Azərbaycan bu konsepsiyadan imtina etməyib. Əksinə, “Qərbi Azərbaycan” məsələsi getdikcə daha çox gündəmə daşınır”.

Daşnak yazarın fikrincə, Azərbaycan öncə Ermənistanda qalan anklavlarını geri almağa çalışacaq. Çünki bu ərazilərlə bağlı müəyyən qanuni əsaslara malikdir. Ona görə də bu məsələ ilə bağlı keçirilə biləcək hərbi əməliyyata elə bir beynəlxalq təpki olmayacaq.

Müəllif onu da vurğulayır ki, Azərbaycan sadalanan bu 3 məsələni öz xeyrinə həll etmək üçün yenə də dünyada gedən siyasi proseslərdən yarana biləcək növbəti boşluğu-pəncərəni gözləyəcək. Fürsət yaranan kimi hərəkətə keçəcək.

Bu arada isə Ermənistanın gündəlik “Hraparak” saytı yazır ki, Nikol Paşinyan yaxın ətrafına deyib ki, o, 2020-ci ilin 10 noyabrında imzalanmış Qarabağa dair atəşkəs bəyanatının 9-cu maddəsindən imtina etmək fikrindədir. 9-cu maddədə belə deyilir:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Elə bu səbəbdən də Ermənistan Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılır. Bu bölmə bölgədə yük daşınmalarına nəzarət edəcək...

Bu, Rusiya üçün nə deməkdir? Yəni Rusiya Zəngəzurdan keçəcək yola nəzarət etməyəcək.

Bəs Azərbaycan üçün nə deməkdir? Yəni Zəngəzur dəhliz kimi yox, adi kommunikasiya xətti kimi çalışacaq. Həmin kommunikasiya da Ermənistanın nəzarəti altında olacaq...

Rusiya və Azərbaycan, mən hələ Türkiyəni demirəm, bununla razılaşacaqmı? Əlbəttə, yox. Bu isə o deməkdir ki, hərbi müstəvidə gərginlik davam edəcək...

Nikol Paşinyanın bu demarşı da daşnak yazarın nə qədər haqlı olduğunu göstərir. Ona görə də Azərbaycan ipə-sapa yatmaq istəməyən Ermənistanı ram etmək üçün əlinə düşən ilk fürsətdən maksimum şəkildə istifadə edəcək. Ermənistan isə itirə-itirə getməli olacaq. Görünən odur ki, Qarabağdakı biabırçı məğlubiyyət də erməniləri ağıllandırmayıb...

Elbəyi Həsənli, Sürix

Müəllifin digər yazıları

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar