Yazar

“Nə Avropa İttifaqı, nə də ABŞ Azərbaycana mane olacaq”

“Nə Avropa İttifaqı, nə də ABŞ Azərbaycana mane olacaq”
1Noyabr 202323:02

"İynə üstündə oturan ermənilər..."

“Al Jazeera” məqaləsində yazır ki, 4 min əhalisi olan Meğri öz balı ilə tanınır. Elə Megri sözü də ermənicə bal şəhəri anlamını verir. Ancaq indi oralarda yaşayanların həyatı o qədər də şirin deyil...

Ermənilər kütləvi şəkildə Qarabağı tərk etdikdən sonra 74 yaşlı təqaüdçü Marqo yerli kafedə oturub qəhvə içir və deyir ki, Meğrini də Qarabağın taleyi gözləyir. Keçmiş piano müəllimi hesab edir ki, son qələbədən sonra cəsarətlənən Azərbaycan indi də Azərbaycanı Naxçıvan anklavından ayıran strateji torpaq zolağı olan doğma regionunun bir hissəsini ələ keçirməyə çalışacaq.

“Hər gün, hər saat narahatıq. Biz hətta onların qoşunlarının sərhədlərimizdə harada yerləşdiyini bilirik”, - deyə Marqo bildirib.

“Biz torpağımızı heç bir halda onlara verməyəcəyik. Biz sona qədər mübarizə aparacağıq. Amma azərilər bu torpaqları ələ keçirsələr, hamımızı buradan zorla çıxaracaqlar”.

“CivilNet” saytının redaktoru Karen Harutyunyan da narahatdır. O deyir: “Ancaq mənim qorxum ondan ibarətdir ki, ictimaiyyət arasında anti-Rusiya əhval-ruhiyyəsinin artmasına baxmayaraq, son nəticədə Paşinyanın hərəkətləri Rusiyanın Ermənistana təsirini artıracaq”.

Erməni redaktor Azərbaycanın Ermənistana hücumunu da son dərəcə real sayır:

“Əgər bu baş verərsə, heç kim Azərbaycana mane olmayacaq: nə Avropa İttifaqı, nə də ABŞ”...

Elbəyi Həsənli, SÜRİX

Müəllifin digər yazıları

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Erməni müxbirdən inanılmaz etiraflar... “Nədən kompromisi yox, müharibəni seçdik?”

Qərb mətbuatında Azərbaycan və Ermənistanla bağlı gedən yazıları yaxından izləməyə çalışıram. Hazırda təmas xəttində sakitlik olsa da, tərəflər arasında informasiya müharibəsi fasiləsiz davam edir. İnformasiya müharibəsinin isə əsgərləri jurnalistlərdir. Bu yazımda bir erməni

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi...

Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.

Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

İran-İsrail müharibəsində ərəb ölkələri kimin tərəfin tutacaq?

Amerikanın əli tətikdədir, Böyük Britaniya və Fransa isə...ABŞ-a bağlı “atlanticcouncil.org” saytında gedən “Which side will Arabs take in an Iran-Israel war?” (İran-İsrail müharibəsində ərəblər hansı tərəfi tutacaq?) adlı məqalədə gedib.

Aydındır ki, islam ölk

Ermənistan da Amerikanı məyus edə bilər

Ermənistan da Amerikanı məyus edə bilər

ABŞ-da 1933-cü ildən fəaliyyətdə olan həftəlik “Newsweek ” nəşri son dərəcə populyardır.

Düşünün ki, elə aylar olub ki, bu jurnalı 100 milyondan çox adam oxuyub. Belə bir mötəbər nəşrdə Joseph Epstein-ın “How the U.S. Should Win Over Armenia” (Amerika Ermənistanı (qəlbini)

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs