Yazar

İordaniyanın fələstinli kraliçası: Sizi bombalayırlar, ancaq...

İordaniyanın fələstinli kraliçası: Sizi bombalayırlar, ancaq...
6Noyabr 202323:39

İordaniyanın 53 yaşlı kraliçası Rania Əl Abdullah İsrailin HƏMAS-a qarşı müharibəsində atəşkəsə çağırıb və deyib ki, fələstinlilərin həyatını xilas etmək antisemitizm və ya terrorizmə dəstəklə eyni şey deyil.


“İcazə verin, çox açıq deyim. Fələstin tərəfdarı olmaq antisemit olmaq deyil, Fələstin tərəfdarı olmaq HƏMAS və ya terror tərəfdarı olmaq anlamına gəlmir”,- deyə Rania bazar günü CNN-in təmsilçisi Becky Andersona açıqlamasında bildirib.


“Son illərdə görürük ki, antisemitizm ittihamı ilə silahlanmış kəslər İsrailə qarşı hər hansı tənqidi bu arqumentlə susdurmağa çalışırlar”,- deyə kraliça söyləyib.


“Mən antisemitizmi və islamofobiyanı tamamilə və ürəkdən qınayıram, lakin hər kəsə xatırlatmaq istəyirəm ki, İsrail bütün dünyada yaşayan yəhudi xalqını təmsil etmir. İsrail bir dövlətdir və öz cinayətlərinə görə yalnız özü cavabdehdir”.


Oktyabrın 7-də Fələstinin sahil anklavına nəzarət edən HƏMAS yaraqlı qruplaşmasının törətdiyi terror hücumlarından sonra İsrail Qəzzanı “tam mühasirə”yə aldığını elan edib. İsrail Müdafiə Qüvvələrinin (IDF) hesablamalarına görə, HƏMAS əksəriyyəti mülki şəxslər olmaqla 1400-dən çox insanı öldürüb və 240-a yaxın insanı girov götürüb. İsrailin mühasirəsi və onu müşayiət edən "bombardman kampaniyası" Qəzzanı amansız hava hücumları ilə vurur. Təcrid olunmuş zolaqda yaşayan 2,2 milyon insan üçün həyati əhəmiyyət daşıyan ləvazimatların əraziyə gətirilməsinə blokada imkan vermir. Ramallahda Fələstinin Səhiyyə nazirinin HƏMAS-ın nəzarətində olan anklavdakı mənbələrdən əldə etdiyi rəqəmlərdən istifadə edərək bildirdiyinə və bazar gününə olan məlumata görə, İsrailin zərbələri nəticəsində 9700-dən çox insan həlak olub. Şənbə günü ABŞ dövlət katibi Antoni Blinkenin də iştirak etdiyi sammitdə ərəb liderləri dərhal atəşkəsə çağırıb, Blinken isə ABŞ-ın mövqeyini təkrarlayıb ki, atəşkəs HƏMAS-a İsrailə qarşı növbəti hücum üçün yenidən qruplaşma imkanı yaradacaq. ABŞ yardımın çatdırılması üçün döyüşlərdə "humanitar fasilələrə" çağırır, lakin İsrailin BMT-dəki səfiri Gilad Erdan bazar günü "humanitar böhran olmadığı üçün heç bir fasiləyə ehtiyac olmadığını" söyləyib. Kraliça Rania CNN-ə deyib ki, atəşkəsin HƏMAS-a daha çox hücum etməyə imkan verəcəyini söyləyənlər, mülki əhalinin ölümünü “təşviq edir və bu ölümlərə haqq qazandırırlar”.

“Mən bilirəm ki, atəşkəsə qarşı olanların bəziləri atəşkəsin HƏMAS-a kömək edəcəyini iddia edirlər. Bununla belə, mən hiss edirəm ki, bu arqumentdə onlar mahiyyət etibarı ilə ölümün gətirdiyi fəlakəti rədd edirlər, hətta minlərlə mülki şəxsin ölümünü təşviq edirlər, buna haqq qazandırırlar və bu, ən azı mənəvi baxımdan qınağa layiqdir”.

İsrail dəfələrlə fələstinli mülki vətəndaşları Vadi ərazisinə-Qəzzadan cənuba doğru hərəkət etməyə çağırıb, çünki bu zolaq boyunca hava və qurudan hücumlarını gücləndirib.

İsrailin ABŞ-dakı səfiri Maykl Hersoq bazar günü “CBS” telekanalının “Face the Nation” proqramında bildirib ki, İsrail Qəzzada mülki əhalini “ağır durumdan” çıxarmaq üçün “hər cür səy göstərir”.

O, əlavə edib: "HƏMAS isə onların durumunu daha da ağırlaşdırmaq üçün əlindən gələni edir".
Lakin Rania deyib ki, İsrailin mülki insanları qorumaqla bağlı ortaya qoyduğu iddiası “insan zəkası”nın təhqirindən başqa bir şey deyil. Çünki reallıq tam fərqlidir.

“1,1 milyon insandan evlərini tərk etmək tələb olunur. Deyilir ki, əks təqdirdə ölüm riski ilə üzləşəcəksiz, əlbəttə, bu, mülki şəxslərin müdafiəsi yox, məcburi köçkünlükdür”, o deyib.

Rania bildirib ki, o, İsrailin evakuasiya əmrlərinin Qəzzanın xeyrinə olduğuna inanmır, əksinə, bu onların “öz hərəkətlərini qanuniləşdirmək” cəhdidir.

Ötən həftə ABŞ prezidenti  Bayden HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin verdiyi ölümlə bağlı rəqəmlərə şübhə ilə yanaşdığını bildirib.

ABŞ prezidentinin bu mövqeyi ilə bağlı sualı cavablandıran Rania bunun standart “İsrail təbliğatı” olduğunu söyləyib.

"Hərəkətlərinin dəhşətli nəticələrinin effektini ictimai rəydə minimuma endirməyə, fələstinliləri daha da insanlıqdan uzaqlaşdırmağa və insan əzablarına qarşı insanların həssaslığını kütləşdirməyə çalışırlar. Bu kimi yollarla onlar bu vəhşətə tamaşa edənlərin nəzərlərində özlərinə bəraət qazandırmaq istəyirlər”, kraliça deyib.

BMT-nin məlumatına görə, İordaniyada iki milyondan çox fələstinli qaçqın yaşayır.

Kral II Abdullah sosial mediada bildirib ki, İordaniya bazar günü Qəzzadakı İordaniya səhra xəstəxanasına tibbi yardım paketi atıb və keçən həftə İordaniya İsraildəki səfirini müharibəni əsas gətirərək geri çağırıb.
Kraliça Rania soruşub ki, daha nə qədər insan bu müharibədə qurban getməlidir ki, bəşəriyyətin vicdanı oyansın.

“Onlar yalnız fələstinlilərdən üzrxahlıq eşitmək istəyirlər. Sizi bombalayırlar, ancaq bu, sizin günahınızdır. Siz ac qalırsız, bu, sizin günahınızdır. İşğal olunmuş ərazilərdə doğulmağa cəsarət etmisiz, bu sizin günahınızdır... Qəfil qar uçqununa bənzər insan iztirablarını izləmək adama əzab verir. Bu, dözülməzdir”, kraliça deyib.

Gördüyünüz kimi, İordaniya kraliçası Qərbi, xüsusən ABŞ-ı və şəxsən Co Baydeni ən sərt şəkildə ittiham edir. O da şübhə doğurmur ki, onsuz da Qərb ilə İslam Dünyası arasında münasibətlər o qədər də xoş deyildi. HƏMAS-İsrail savaşı bu münasibətləri daha da psiləşdirdi. Bu tendensiya bəşər sivilizasiyanın gələcəyi üçün narahatlığı daha da artırır...

Bir neçə kəlmə də Rania Al Abdullah haqqında deyim. Bəllidir ki, o, 1970-cı ildə Küveytdə yaşayan mühacir fələstinli ailəsində doğulub. Onun valideynləri Qərb Sahilindəndir. O da maraqlıdır ki, kraliçanın ana babası türkdür. İordaniyanın hazırkı kralı 1999-cu ildə taxta çıxıb. Elə həmin ildə də Rania ilə evlənib. Onların 4 uşağı var. Kraliça sosial şəbəkələrdə son dərəcə aktivdir. O, İordaniyada təhsil sisteminin inkişafı üçün böyük işlər görüb...


Elbəyi Həsənli, Sürix

Müəllifin digər yazıları

İranda yenidən Türk erası BAŞLAYIR

İranda yenidən Türk erası BAŞLAYIR

Britaniyanın "The İndependent" qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: "2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: "İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməs

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Biz çox xoşbəxtik ki, atam Məkkədə vəfat edib”

“Valideynlərim 23 min dollar verib Həccə getmişdi”

"СNN" yazır ki, Həcc ziyarəti zamanı ölənlərin sayı 1.300 nəfəri keçib. Səudiyyə Ərəbistanı isə bəyan edib ki, ölənlərin sayı 1.301 nəfərdir.

Əhalisinə görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyadan (281

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Gürcüstan Rusiya və İrana yaxınlaşır: Ermənistan Amerika və Fransadan yapışıb, biz isə...  

Avropa İttifaqına yaxınlığı ilə seçilən “eurasianet.org” saytında gedən “Georgia probing closer ties with Iran” (Gürcüstan İranla sıx əlaqələri ar

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Tomas de Vaal valı dəyişmir: “Azərbaycan bir neçə saata Zəngəzuru götürə bilər...”

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaal “foreignaffairs.com” saytında əhatəli bir məqalə ilə çıxış edib. "Putin’s Hidden Game in the South Caucasus. Azerbaijan’s Rise, Georgia’s Drift, and Russia’s Quest for a Gateway to Iran and the Mi

Bəşər Əsəd İranı kürəyindən vurdu

Bəşər Əsəd İranı kürəyindən vurdu

Tanınmış politoloq Elxan Şahinoğlu yazır ki, Çinin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Pekinə etiraz notası verilib. İki ölkə arasında 400 milyard dollarlıq uzun müddətli yatırım sazişi var. Buna baxmayaraq, Pekin Tehranın regional siyasətinə önəm vermir. Belə ki, “Çi