Toplum

Azərbaycana yeni hərbi prokuror təyin olundu - DOSYE

Azərbaycana yeni hərbi prokuror təyin olundu - DOSYE
13May 202517:30

Prezident İlham Əliyevin sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.

Qeyd edək ki, Konstitusiyanın 133-cü maddəsinin IV bəndinə əsasən hərbi prokuroruı Baş prokurorun təqdimatı ilə Azərbaycan Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. 

Xatırladaq ki, səlahiyyət müddəti başa çatan sabiq hərbi prokuror Xanlar Vəliyev aprelin 8-də həmin  vəzifədən azad edilərək, təqaüdə göndərilib.

Azlist.az saytı yeni hərbi prokuror B.Əhmədovun qısa dosyesini təqdim edir:

Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Üniversitetinin Hüquq fakültəsini bitirib.

Xidməti fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayan Bəhruz Əhmədov orada müstəntiq, böyük müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, həmin idarənin kriminalistika şöbəsinin prokuroru işləyib.

B.Əhmədov 2018-ci ilin noyabrında Qazax Hərbi Prokurorluğuna prokuror vəzifəsinə təyin olunmuşdu.

2020-ci ilin iyulunda ədliyyə polkovnik-leytenantı Bəhruz Əhmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsinə vəzifəsinə təyinat alıb.

B.Əhmədov 2021-ci ilin yanvarında "Vətən uğrunda" medalı ilə təltif edilib.

Ədliyyə polkovniki rütbəsinədək yüksəlib.