“Qarabağ”dan Çempionlar Liqasında möhtəşəm qələbə - 3:2

UEFA Çempionlar Liqasında əsas mərhələyə start verilib.
Azlist.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” sentyabrın 16-da Liqa mərhələsinin ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası Portuqaliyada “Benfika”nın qonağı olub. Lissabondakı “Estadio da Luz”da keçirilən görüş "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubu əvvəlcə 0:2 hesabı ilə geridə olsa da, rəqib qapısına 3 qol vuraraq qalib gəlməyi bacarıb.
“Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində 8 matç keçirəcək ki, bunlardan 4-ü evdə, 4-ü səfərdə olacaq. “Qarabağ” “Atletik” (İspaniya), “Napoli” (İtaliya) və “Liverpul”la (İngiltərə) da səfərdə qarşılaşacaq. “Kopenhagen” (Danirmarka), “Çelsi” (İngiltərə), “Ayaks” (Niderland) və “Aytraxt”la (Almaniya) oyunlar isə Bakıda keçiriləcək.