Toplum

İranda azərbaycanlı bölgələrinə zərbə endirilməsin! - Bakıdan İsrailə müraciət

İranda azərbaycanlı bölgələrinə zərbə endirilməsin! - Bakıdan İsrailə müraciət
19İyun 202511:21

Azərbaycan tərəfi İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrail tərəfə yenidən müraciət edib.

Azlist.az xəbər verir ki, APA-nın məlumatına görə, xüsusilə Ərdəbildəki hərbi obyektlərin vurulmasından sonra Azərbaycan tərəfdə mülki əhalinin təhlükəsizliyi baxımından narahatlıq yaranıb.

Qeyd edək ki, Azərbaycan bir neçə gün öncə müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəfə almamaq, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı bir neçə gün öncə müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərmişdi.

Xatırladaq ki, İsraillə İran arasında iyunun 13-də başlayan hərbi əməliyyatlar zamanı hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə böyük ziyan dəyir.

İsrailin endirdiyi zərbələr İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə etdiyindən yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması təhlükəsi yaranır.