Ermənistan və Azərbaycan QHT nümayəndələri İrəvanda GÖRÜŞDÜLƏR

Oktyabrın 22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin ikitərəfli formatda görüşü keçirilib.
Azlist.az xəbər verir ki, Azərbaycan və Ermənistan QHT nümayəndələrinin birgə təşəbbüsünü hər iki ölkənin rəsmi strukturları da dəstəkləyib.
Dəyirmi masada Azərbaycanı Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri) təmsil ediblər.
Erməni tərəfdən isə müzakirələrdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.
Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib.
Səfər çərçivəsində iştirakçılar həmçinin Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.