Toplum

Azərbaycan əhalisi: doğulanlar, ölənlər, nihah və boşanmalar

Azərbaycan əhalisi: doğulanlar, ölənlər, nihah və boşanmalar
15Avqust 202521:32

2025-ci il iyulun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 241 min 722 nəfərə çatıb.

Azlist.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yarım ildə 45616 doğulan, 29400 ölüm halı, 24815 nikah, 10350 boşanma qeydə alınıb, 1709 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib, 1092 nəfər ölkədən gedib.

2024-cü ilin ilk yarısı ilə müqayisədə doğumun 6,2 faiz, ölüm hallarının 1,7 faiz, boşanmaların 4,8 faiz azaldığı, nikahların 11,4 faiz artdığı xəbər verilir.