Toplum

Milli komandanın baş məşqçisi İSTEFAYA GÖNDƏRİLDİ

Milli komandanın baş məşqçisi İSTEFAYA GÖNDƏRİLDİ
8Sentyabr 202512:21

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.

Azlist.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.

Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Qeyd edək ki, Fernandu Santuşun AFFA ilə 2027-ci ilə qədər müqaviləsi var idi.