Xəbər Xətti

Tərtərdə iki nəfər minaya düşdü, ayaqları amputasiya edildi

Tərtərdə iki nəfər minaya düşdü, ayaqları amputasiya edildi
1Oktyabr 202214:35

Oktyabrın 1-i Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Tərtər rayon prokurorluğundan bildirilib.

 

Aparılmış araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də Tərtərdə minaya düşərək xəsarət alan şəxslərlə bağlı məlumat yayıb.

 

ANAMA-dan verilən məlumata görə, 2022-ci 1 oktyabrda Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən “Üçüncü Sovxoz” adlı təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu xəsarət alıb.

 

Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən ayaqları amputasiya edilib.

Müəllifin digər yazıları

Ərdoğandan Cəbrayılda sərt bəyanat: “Onları dalana dirəmək lazımdır!”

Ərdoğandan Cəbrayılda sərt bəyanat: “Onları dalana dirəmək lazımdır!”

Azərbaycanın Cəbrayıl rayonunda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Ərdoğan ermənilərin bu bölgədə törətdikləri dəhşətli dağıntıların əvəzinin ödənilməsini vacib sayıb.Azlist.az xəbər verir ki, Ərdoğan bu barədə dağıdılıb yerlə-yeksan olunmuş Cəbrayıl şəhərind

Prezidentlər Zəngilan Beynəlxalq Hava Limanını AÇDILAR

Prezidentlər Zəngilan Beynəlxalq Hava Limanını AÇDILAR

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfər edib.

Azlist.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düz

Ermənistan 40 azərbaycanlı qadını yox edib

Ermənistan 40 azərbaycanlı qadını yox edib

Birinci Qarabağ müharibəsindən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanda əsir saxlanılan 54 qadına İrəvanda baş çəksə də, onların əksəriyyəti qətlə yetirilib.

Azlist.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsinin müavini Tofiq Musayev bu gün Az

Rəsmi Bakı Makronun ittihamlarını RƏDD ETDİ

Rəsmi Bakı Makronun ittihamlarını RƏDD ETDİ

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Fransa prezidenti  Emmanuel Makronun 12 oktyabr 2022-ci il tarixli müsahibəsində Azərbaycana qarşı söylədiyi fikirləri şərh edib.Azlist.az xəbər verir ki, nazirliyin şərhində deyilir: 

Ermənistan atəşkəsi pozmağa davam edir

Ermənistan atəşkəsi pozmağa davam edir

Oktyabrın 14-ü saat 00:40-dan saat 01:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahl