Yazar

Paşinyan belə deyirsə, sülh müqaviləsi niyə imzalanmır…

Paşinyan belə deyirsə, sülh müqaviləsi niyə imzalanmır…
18Aprel 202317:50

Asif Nərimanlı

Nikol Paşinyanın parlamentdə çıxışı zamanı verdiyi əsas mesaj belə oldu: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”.

Bu, Bakının tələb etdiyi məsələdir və ərazi bütövlüyü qarşılıqlı şəkildə tanındığı təqdirdə, sülh müqaviləsi imzalanacaq. O zaman sual yaranır: müqavilə niyə imzalanmır?

Müəyyən amillər reallığın verilən müsbət bəyanatlardan fərqli olduğunu göstərir:

Birincisi, geosiyasi oyunçuların bölgədə vasitəçilik üzərindən apardığı mübarizə və bunun tərəflərə təsiridir;

İkincisi, bu geosiyasi mübarizənin Qarabağ məsələsində yaratdığı dilemmadır;

Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistanın əslində nə istədiyidir.

Qarabağ və regional məsələlərə yanaşmada Qərb və Rusiya masasında fərqlər var:

- Qərbin Qarabağ məsələsinə yanaşması Bakının istədiyinə uyğundur, kommunikasiyanın açılması və sərhədin delimitasiyası ilə bağlı yanaşması əksinədir;

- Rusiyanın sərhədin delimitasiyasi və kommunikasiyanın açılmasına (Zəngəzur dəhlizi) yanaşması Bakının istəyinə uyğun gəlir, Qarabağ məsələsində əksinədir.

Bu fərqlər uzlaşmanı çətinləşdirir. Ermənistan isə sülh müqaviləsini Qərb masasındakı razılaşmalarla imzalamağa çalışır. Proseslərin bu istiqamətdə inkişafı – Rusiya sülhməramlılarının Azərbaycan ərazisində olduğu müddətdə sülh sazişinin Qərb masasında imzalanması Bakı üçün təhlükəli perspektiv vəd edir. Bu baxımdan, Azərbaycan Əliyevin də bəyan etdiyi kimi, beynəlxalq konsensusa nail olmaqdan yanadır. Ki, bu hələki mümkünsüz görünür.

“Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deyən Paşinyanın Qərbin vasitəçiliyi ilə sülh sazişini imzalamaqda öz hədəfləri var:

a) Qarabağ məsələsini Bakı-Moskva xəttindəki problemə çevirirlər;

b) Bakı-Xankəndi formatı, eləcə də erməni əhalisinin hüquq və təhlükəsizliyi kimi məsələlər üzərindən Qarabağda “hüquqi münaqişə” yaradırlar;

c) Kommunikasiyanın açılmasında Naxçıvana maneəsiz keçid vermək öhdəliyindən imtina edirlər;

ç) 29,8 min km ərazini saxlamağa çalışırlar: Paşinyanın da bildirdiyi kimi, bu, SSRİ dağılanda mövcud olan sərhəd xətlərinin saxlanılması, delimitasiya-demarkasiya prosesinin bu xətlərə uyğun aparılması deməkdir; və bununla SSRİ dövründə Ermənistana bağışlanan ərazilərimizin qaytarılması perspektivi sıradan çıxır, eləcə də müharibədən sonra ordu bərpa olunan sərhəddən geri çəkilir.

Danışıqlar prosesində vəziyyət kifayət qədər mürəkkəb görünür və məsələ heç də Paşinyanın bəyan etdiyi kimi “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deməklə həll olunana bənzəmir.

Müəllifin digər yazıları

Ruslar bu yolla Qarabağdan çıxarıla bilər – Ərdoğandan Putinə MESAJ

Ruslar bu yolla Qarabağdan çıxarıla bilər – Ərdoğandan Putinə MESAJ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyinə dair açıqlamasında iki önəmli məqam diqqət çəkir:

- 10 noyabr razılaşmasında sülhməramlıların missiyasının bitmə vaxtı 2025-ci il göstərilsə də, bundan nadir hallarda bəhs olunurdu: Tür

Paşinyanın Putinə zəngi: ermənilər Kremldən nə istədi...

Paşinyanın Putinə zəngi: ermənilər Kremldən nə istədi...

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib, ardınca Xankəndindəki separatçıların “başçısı” Arayik Arutyunyan qondarma “təhlükəsizlik şurası”nın iclasını keçirib. Orada qeyd olunub ki, İrəvandan Kremlə edilən telefon zəngi Arayikin xahişi ilə baş tutubmuş.

Priqojin niyə geri çəkildi: Putinə qarşı “üsyan”, yoxsa “səhnələşdirilmiş oyun”?

Priqojin niyə geri çəkildi: Putinə qarşı “üsyan”, yoxsa “səhnələşdirilmiş oyun”?

“Vaqner” hərbi dəstəsinin rəhbəri Yevgeni Priqojinin geri çəkilməsi baş verənlərlə bağlı cavabı proseslərin inkişafında ortaya çıxacaq sual yaradır: bu qiyam idi, yoxsa Putinsiz Rusiyanın necə olacağını ictimai rəyə nümayiş etdirmək üçün səhnələşdirilmiş oyun?!

“Vaqner”lə Rusiya ordusu ara

Qarabağda Babayan-Vardanyan döyüşü

Qarabağda Babayan-Vardanyan döyüşü

Asif NərimanlıQarabağda separatçılar arasında intensivləşən “siyasi mübarizə”də iki şəxs önə çıxıb: Samvel Babayan qondarma “dövlət naziri” olmaq niyyətindədir; bu postdan uzaqlaşdırılan Ruben Vardanyan yenidən “dirilir”.

Laçın postunun qurulmasından sonra mövc

Paşinyan niyə “1 iyun”a hazırlaşır?

Paşinyan niyə “1 iyun”a hazırlaşır?

Asif Nərimanlı 

Vaşinqtonda fikir ayrılıqlarını həll edə bilməyən Bakı və İrəvan arasında növbəti görüş Brüsseldə, ardınca Kişinyovda keçiriləcək.

Liderlər səviyyəsində baş tutacaq Brüssel və Kişinyov görüşündə Paşinyan ən çox ikinciyə - iyunun 1-də Avropa Siyasi Bi