Dünya

Britaniya kralı Rişi Sunakı baş nazir təyin etdi

Britaniya kralı Rişi Sunakı baş nazir təyin etdi
25Oktyabr 202219:00

Böyük Britaniya kralı III Çarlz Rişi Sunakı ölkənin yeni baş naziri təyin edib.

Azlist.az xəbər verir ki, bununla da hind əsilli Sunakın Böyük Britaniyanın baş nazir postuna təyinatı rəsmiləşib.

“Sky News”un məlumatına görə, Böyük Britaniya kralı III Çarlz bu gün Rişi Sunakı qəbul edib və ona hökuməti qurmağı tapşırıb.

Xatırladaq ki, bazar ertəsi Sunak Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri seçilib. İcmalar Palatasının lideri Penni Mordaunt namizədliyini geri götürdüyünü elan etdikdən sonra Rişi Sunak baş nazir vəzifəsinə yeganə namizəd olmuşdu.

Rişi Sunak Bukingem sarayında Kral III Çarlz ilə görüşdən sonra rəsmi olaraq Baş nazir olub.

Kralla görüşdən sonra yeni baş nazir Londona qayıdacaq və Douning Street ofisinin qarşısında çıxış edəcək.

Sunak bu il Kral III Çarlz tərəfindən təyin edilən ilk baş nazirdir. O, həm də Böyük Britaniyanın bu il ərzində təyin edilən üçüncü Baş naziri oldu.

Qeyd edək ki, iyul ayında Boris Conson baş nazir postunu tərk etmişdi. Sentyabrda onun yerinə seçilən Liz Truss cəmi 44 gün baş nazir oldu və eyni zamanda iqtisadiyyat üçün yeni “alış planı” ilə bağlı tənqidlərlə üzləşərək və hökumətin onu həyata keçirmək üçün dövlət borcunu artıracağından qorxaraq istefa verdi.