Dünya
Trampla Putin arasında telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.
Azlist.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.
"Bu, çox uzun telefon danışığı idi, demək olar ki, bir saat yarım davam etdi”, - deyə Peskov vurğulayıb.
Telefon danışığı zamanı Putin Trampı Moskvaya dəvət edib.
Söhbət zamanı Rusiya – Ukrayna münaqişəsinin nizamlanması, məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı müzakirə edilib.