Suriyada Bəşər Əsəd rejimi devrildi
Suriyada əsrin təxminən dörddə biri qədər hakimiyyətdə qalan Bəşər Əsəd rejimi devrilib.
Azlist.az-ın məlumatına görə, Bəşər Əsəd 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra prezident seçilmişdi. O zaman ölkədə islahatlar aparacağını vəd edən Bəşər Əsəd ötən 24 il ərzində bunu edə bilmədi.
Bəşər Əsədə qarşı xalq hərəkatı hələ 2011-ci il martın 15-də ölkənin cənubundakı Dera şəhərindən başlamışdı. O vaxtdan bəri 13 ildir milli barışıq yolunda önəmli addımlar atmayan Bəşər Əsəd nəhayət hakimiyyətdən getmək məcburiyyətində qaldı.
Suriyada vətəndaş müharibəsi 13 il davam etdi. 2024-cü il noyabrın 27-dən üsyana qalxan “Heyət Təhrir əl-Şam” (HTŞ) müxalif silahlı qruplaşması 12 gün ərzində paytaxt Dəməşqə çatdı. 8 dekabr 2024-cü il tarixindən devrilən prezident Bəşər Əsəd İran və Rusiya kimi himayədarlarından dəstək olmayanda çarəni ölkəsini tərk edib Moskvaya qaçmaqda gördü...
Beləliklə, Suriyada Bəəs partiyasının 61 illik hakimiyyəti sona çatdı.