Dünya

ABŞ-İran müharibəsi dayandı - ATƏŞKƏS

ABŞ-İran müharibəsi dayandı - ATƏŞKƏS
8Aprel 202608:00

ABŞ prezidenti Donald Trump aprelin 8-də bildirib ki, İran ilə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. Bu müddətdə tərəflər sülh razılaşmasını yekunlaşdırmağa çalışacaq.

Azlist.az xəbər verir ki, “Əl-Cəzirə”nin məlumatına görə, ABŞ hücumları dayandırıb, İran isə Hörmuz boğazı üzərindən keçidin təhlükəsiz olacağına razılaşıb. Tərəflər arasında danışıqlar aprelin 10-da İslamabadda keçiriləcək.

İran sanksiyaların ləğvi və ABŞ qüvvələrinin bölgədən çıxmasını istəyir. İsrail də atəşkəsə razılaşıb.

Atəşkəsə Pakistan vasitəçilik edib.