Dünya

Fətullah Gülən ÖLDÜ

Fətullah Gülən ÖLDÜ
21Oktyabr 202411:13

Türkiyədə elan edilən FETÖ terror təşkilatının lideri, vaiz Fətullah Gülən 1999-cu ildən yaşadığı ABŞ-da vəfat edib.

Azlist.az xəbər verir ki, bu barədə FETÖ-yə yaxın olan “Herkul” portalı məlumat yayıb.

CNN Türk xəbər verir ki, 83 yaşlı Gülənin ölümü ilə bağlı məlumatı qardaşı oğlu Ebusseme Gülən təsdiqləyib.

Fətullah Gülənin oktyabrın 20-də Pensilvaniya ştatındakı klinikalardan birində vəfat etdiyi bildirilir.

Türkiyə hakimiyyəti Güləni 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə ittiham edib. İki gün davam edən həmin qarşıdurma nəticəsində 250-dən çox insan həlak olub, 2,2 min nəfər yaralanıb. Ankara dəfələrlə ABŞ-dan Gülənin təhvil verilməsini tələb edib, həmçinin FETÖ tərəfdarlarının sonuncusu məhkəmə qarşısına çıxarılana qədər təqib edəcəyini bəyan edib. Türkiyədə mütəmadi olaraq Gülən tərəfdarlarına qarşı əməliyyatlar keçirilir.