Media
Jurnalist Səbuhi Məmmədli vəfat edib
Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib.
Azlist.az xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.
Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.
Jurnalist səhhəti ilə əlaqədar Yeni Klinikaya köçürülmüşdü. O, xroniki böyrək çatışmazlığı ilə əlaqədar hemodializ müalicəsi alırdı.
Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist “525-ci qəzet”, “Azərbaycan”, "Yeni Müsavat" qəzetlərində işləyib.
Səbuhi Məmmədli 10 ildən çox idi ki, "Lent.az" saytında çalışırdı.
Allah rəhmət eləsin.