Media

DİN-in Mətbuat xidməti Elşad Hacıyevə tapşırıldı

DİN-in Mətbuat xidməti Elşad Hacıyevə tapşırıldı
11İyul 202314:28

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

Azlist.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, daha əvvəl DİN-in Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov idi. O, ötən gün xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. E.Hacıyev isə nazirliyin Mətbuat xidmətinin şöbə rəisidir.