Media

Tanınmış aparıcı vəfat edib

Tanınmış aparıcı vəfat edib
20İyul 202322:37

Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayeva vəfat edib.

Azlist.az-ın məlumatına görə, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı iyulun 20-də dünyasını dəyişib.

Qeyd edək ki, bir müddət əvvəl Natəvan Babayevanın Türkiyəyə gedərkən Bakı hava limanında halı pisləşmişdi.

Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.

Allah rəhmət eləsin!