Media

Anar Cəbrayıllı mətbuat katibi vəzifəsindən ayrıldı

Anar Cəbrayıllı mətbuat katibi vəzifəsindən ayrıldı
17Avqust 202415:10

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin (keçmiş "Azərsu" ASC) mətbuat katibi Anar Cəbrayıllı vəzifəsindən ayrılıb. 

Azlist.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Ən böyük hədiyyəm cənab Prezident İlham Əliyevin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə təltif edildiyim "Tərəqqi" medalı oldu. 

Vətən Müharibəsinin ən qızğın çağında Cəbrayıl şəhərində və rayonun Daşkəsən kəndindəki hərbi obyektlərin və hospitalların dağıdılmış içməli su təchizatının bərpasında iştirak etməyin, işğaldan yenicə azad olunmuş doğma kəndimdə olmağın verdiyi xoşbəxtlik bir ömür boyu unudulmayacaq hisslər olaraq qalacaq", - o, paylaşımda bildirib. 

Qeyd edək ki, A.Cəbrayıllı 13 ildən çox idi ki, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdı.