Dünya

AŞPA-da Azərbaycana qarşı səs verən dövlətlər - SİYAHI

AŞPA-da Azərbaycana qarşı səs verən dövlətlər - SİYAHI
25Yanvar 202410:41

Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib. Qətnamə 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib. 

Azlist.az-ın məlumatına görə, qətnamənin əleyhinə Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri səs verib. 

Bundan başqa İsveçənin iki, Norveçin, Bosniya və Herseqovinanın 1 deputatı səsvermədə tərəfsiz qalıb. Yeri gəlmişkən hər üç dövlətin digər nümayəndələri Azərbaycanın əleyhinə səs verib. 

Türkiyənin kürdləri təmsil edən Xalqların Demokratik Partiyasından (HDP) olan deputatı da Azərbaycana qarşı mövqe tutub. 

Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa , İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Rumıniya, San Marino, Sloveniya olub. 

Bolqarıstan, Kipr, Çex Respublikası, Estoniya, Gürcüstan, Yunanıstan, Macarıstan, Latviya, Lixtenşteyn, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Slovakiya, Serbiya və Ukrayna səsvermədə iştirak etməyib. 

Qeyd edək ki, bəzi avropalı parlamentarilər ötən gün Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. 

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.