Dünya

Türkiyə əhalisinin sayı açıqlanıb

Türkiyə əhalisinin sayı açıqlanıb
6Fervral 202413:39

Türkiyənin əhalisi 2023-cü ildə öncəki illə müqayisədə 92 min 824 nəfər artaraq 85 milyon 372 min 377 nəfərə çatıb.

Azlist.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatının məlumatında deyilir.

Məlumata görə, Türkiyədə kişilərin sayı 50,1 faiz (42 milyon 734 min 71 nəfər), qadınların sayı isə 49,9 faiz (42 milyon 638 min 306 nəfər) təşkil edib. 2022-ci ildə hər min nəfərə 7,1 artım olduğu halda, 2023-cü ildə bu göstərici 1,1-ə düşüb, əhalinin orta yaşı isə 2022-ci ildəki 33,5-dən 2023-cü ildə 34-ə yüksəlib.

İstanbulda əhali sayı öncəki illə müqayisədə 252 min 27 nəfər azalaraq 15 milyon 655 min 924 nəfər olub. Hazırda ölkə əhalisinin 18,34 faizi İstanbulun payına düşür. Əhalinin sayına görə İstanbuldan sonra ikinci yerdə qərarlaşan Ankarada 5 milyon 803 min 482 nəfər yaşayır. Onun ardınca İzmir (4 milyon 479 min 525 nəfər), Bursa (3 milyon 214 min 571 nəfər) və Antalya (2 milyon 696 min 249 nəfər) gəlir.

Ən az əhalisi olan bölgə isə 86 min 47 nəfərin yaşadığı Bayburtdur. Onu 89 min 317 nəfərlə Tunceli, 92 min 819 nəfərlə Ardahan, 148 min 539 nəfərlə Gümüşhane və 155 min 179 nəfərlə Kilis izləyir.

Ölkədə yaşayan əcnəbilərin sayı öncəki ilə nisbətən 253 min 293 nəfər azalaraq 1 milyon 570 min 543 nəfərə düşüb.