Dünya

“Crocus City Hall”dakı terror qurbanlarının sayı artıb - YENİLƏNİB

“Crocus City Hall”dakı terror qurbanlarının sayı artıb - YENİLƏNİB
26Mart 202411:09

Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən “Crocus City Hall”da törədilən terror aktı qurbanlarının sayı artıb.

Azlist.az
xəbər verir ki, Rusiya İstintaq Komitəsinin son məlumatına görə, 139 nəfər ölüb.
 
Terror aktı nəticəsində 152 nəfər xəsarət alıb.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da Piknik" qrupunun palanlaşdırılan konsertindən əvvəl atışma və yanğın baş verib. Bir neçə kamuflyajlı və maskasız şəxs zala daxil olub, onlar insanları güllələyiblər.

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, terror aktını törədən dörd nəfərin hamısı tapılaraq saxlanılıb – onlar qaçmağa cəhd ediblər. Rusiya Daxili İşlər Nazirliyi onların əcnəbilər olduğunu bildirib. Prezident qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir.

***

Moskva yaxınlığında yerləşən "Crocus City Hall" konsert zalında terror aktı törədilib.

Azlist.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, terror aktı nəticəsində ən azı 40 nəfər öldürülüb.

Yaralananlarn sayının 100 nəfərə olduğu bildirilir.

Hadisəni tərədənlərin axtarıçı həyata keçirilir. 

Xarici dövlət və hökumət başçıları Rusiya prezidenti və xalqına başsağlığı veriblər.