Dünya

Türkiyədəki bələdiyyə seçkilərində CHP AKP-yə QALİB GƏLDİ

Türkiyədəki bələdiyyə seçkilərində CHP AKP-yə QALİB GƏLDİ
1Aprel 202410:11

Martın 31-də Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər keçirilib.

Azlist.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, səslərin 99 faizindən çoxu hesablanıb.

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,74  faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə 35,49 faizlə ikinci sıradadır.

Yenidən Rifah Partiyası (YRP) 6,19 fazilə üçüncü yeri tutur.

Kürdyönümlü DEM Partiya 5,68 faiz, Milliyyətçi Hərəkat Partiyası (MHP) 4,98 faiz, İyi Partiya 3,77 faiz səs toplayıb.

Seçkilərin nəticələrini buradan izləmək olar.