Toplum

AFFA-ya yeni prezident seçildi

AFFA-ya yeni prezident seçildi
2Aprel 202411:56

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) yeni prezident seçilib.

Azlist.az xəbər verir ki, qurumun növbəti Hesabat-Seçki Konfransında 35 səshüquqlu nümayəndə arasında səsvermə keçirilib. 

Nəticədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf AFFA-ya yeni prezident seçilib. O, bu posta yeganə namizəd idi. 

Qeyd edək ki, AFFA-ya 2008-ci ildən indiyədək SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev rəhbərlik edib. O, bir müddət əvvəl növbəti konfransda namizəd olmayacağını açıqlayıb.

AFFA-da vitse-prezidentlərin də adına aydınlıq gətirilib.

Belə ki, Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.