Dünya

İranda iki namizəd prezident seçkisinin 2-ci turuna çıxıb

İranda iki namizəd prezident seçkisinin 2-ci turuna çıxıb
30İyun 202423:00

İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçirilib.

Azlist.az xəbər verir ki, İran seçki komissiyasının nümayəndəsi Möhsün Eslami bildirib, seçkilərdə heç bir namizəd lazımi qədər səs yığa bilmədiyindən, 2-ci tur keçiriləcək.

Seçkilərin birini turunun yekun nəticələrə əsasən, 482 şəhərin 58640 seçki məntəqəsinin bülletenləri hesablanıb, 24535185 səs qeydə alınıb.

Məsud Pezeşkian 10415991, Səid Cəlili 9473298, Məhəmməd Baqer Qalibaf 3383340, Mustafa Purməhəmmədi 206397 səs toplayıb.

Ölkə qanunvericiliyinə görə, namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədikdə, seçkinin ikinci turu keçirilir.

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-də baş tutacaq.

İkinci turda Səid Cəlili (İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi) və Məsud Pezeşkian (parlamentin deputatı, keçmiş səhiyyə naziri) mübarizə aparacaq.

Səid Cəlili mühafizəkarları, Məsud Pezeşkian islahatçıları təmsil edir.