Dünya

Britaniyada yeni Baş nazir: hökumət üzvləri də dəyişdi

Britaniyada yeni Baş nazir: hökumət üzvləri də dəyişdi
6İyul 202413:50

Britaniyada keçirilmiş erkən parlament seçkilərində müxalifətdə olan Leyboristlər Partiyası böyük fərqlə qələbə qazanıb. 

Nəticədə partiyanın lideri Keir Starmer ölkənin yeni baş naziri təyin olunub. 

Dünən Böyük Britaniya Kralı III Çarlzdan yeni hökuməti qurmaq təklifini qəbul edən Keir Starmer Nazirlər Kabinetinin üzvlərini açıqlayıb. 

Yeni təyinatlara əsasən, Ancela Reyner Baş nazirin müavini təyin olunub.

İvett Kuper daxili işlər naziri, Devid Lemmi xarici işlər naziri, Ed Milibend enerji naziri, Con Hili müdafiə naziri, Reyçl Rivz maliyyə naziri təyin olunub. 

Bununla da Reyçl Rivz Britaniyanın ilk qadın maliyyə naziri olub.