Dünya

İspaniya millisi Avropa çempionu oldu

İspaniya millisi Avropa çempionu oldu
15İyul 202401:00

Almaniyada keçirilən Avropa Çempionatının final oyununda İspaniya və İngiltərə komandaları qarşılaşıb. 

Azlist.az xəbər verir ki, final qarşılaşması İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

İspaniyanın heyətində İnaki Vilyams və Miker Oyarzabal fərqləniblər. İngiltərə seçməsinin yeganə qolunu isə Kold Palmer vurub. 

Bununla da ispanlar tarixdə dördüncü dəfə Avropa çempionu olublar.