Toplum

Prezident DİM-də Müşahidə Şurası yaratdı - SİYAHI

Prezident DİM-də Müşahidə Şurası yaratdı - SİYAHI
23İyul 202415:29

Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” fərmanda dəyişiklik edib. 

Azlist.az xəbər verir ki, yeni dəyişikliklə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. 

DİM-in fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

Prezidentin digər sərəncamı ilə Müşahidə Şurasının üzvləri aşağıdakı tərkibdə təsdiq edilib.

Müşahidə Şurasının sədri
 

Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri: 

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

İdris İsayev – Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.