Toplum
Güney Azərbaycanda İlham Əliyevin posterləri yayılıb
Güney Azərbaycanda - Təbriz, Ərdəbil və digər şəhərlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin posterləri yayılıb.
Azlist.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə ictimailəşdirilib.
“Cənab prezident, türk gəncliyi sizin mesajınızı alıbdır. Azərbaycan dövləti öz dövlətimiz, Azərbaycan Prezidenti öz prezidentimizdir. Biz hər zaman güneyli gənclər olaraq, Azərbaycanın cəbhəsindəyik. Vətənimizin o tayı, bu tayı yoxdur. Biz böyük Azərbaycanıq”, - posterlərdə yazılıb.
Qeyd edək ki, posterlərdəki sözlərin yazılışında əski Azərbaycan əlifbasından istifadə olunub.