Dünya

İranın yeni prezidenti and içdi

İranın yeni prezidenti and içdi
30İyul 202418:30

İyulun 30-da İran parlamentində bir çox xarici dövlət rəsmilərinin iştirakı ilə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirlib.

Azlist.az 
“Mehr” Agentliyinə istinadən xəbər verir ki, mərasimə 600-ə yaxın xarici və iranlı jurnalist buraxılıb. 

Tədbirdə70-dən çox xarici nümayəndə, o cümlədən dövlət rəsmiləri iştirak edib. 

Parlamentin sədri Məhəmməd Bağer Qalibaf mərasimin əvvəlində çıxış etdikdən sonra 69 yaşlı Pezeşkian müqəddəs Qurana and içib. 

Konstitusiyanın 121-ci maddəsinə əsasən and içən Pezeçkian bildirib ki, üzərinə götürdüyü vəzifələri yerinə yetirmək üçün bütün istedad və bacarığından istifadə edəcək. 

İranın yeni prezidentinin andiçmə mərasimindən sonra etimad səsverməsi üçün parlamentə öz kabinetini təqdim etmək üçün 15 gün vaxtı var.