Toplum

Daha bir cüdoçumuz Olimpiya çempionu oldu

Daha bir cüdoçumuz Olimpiya çempionu oldu
1Avqust 202419:00

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub. 

Azlist.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev finalda gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib. 

Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub. 

Daha əvvəl cüdoçumüz Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.