Əhali sayı: doğulanlar, ölənlər, nikah və boşanmalar - STATİSTİKA
2024-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 28833 nəfər və ya 0,3 faiz artaraq sentyabr ayının 1-i vəziyyətinə 10209603 nəfərə çatıb.
Azlist.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,5 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,5 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 68129 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,0-a düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 2252-si əkiz, 96-sı üçəm və 4-ü isə dördəm doğulub.
Cari ilin 8 ayı ərzində ölkə üzrə 39684 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,8-ə düşüb.