Toplum

Azərbaycanda hərbi xidmət yaşı AZALDILDI

Azərbaycanda hərbi xidmət yaşı AZALDILDI
29Dekabr 202417:57

Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb.

Azlist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilmiş dəyişikliyi təsdiqləyib.

İndiyə çkimi qüvvədə olan qanuna əsasən, müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək vətəndaşlar çağırışçılar hesab olunurdular.

Bundan sonra müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək vətəndaşlar çağırışçılar hesab olunacaqlar.