Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul etdi
Noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.
Azlist.az xəbər verir ki, sənədin qəbulunda 332 senator iştirak edib: səsvermə belə nəticələnib - lehinə 295, əleyhinə 1 nəfər.
Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamədə bunlar tələb olunur:
- Azərbaycan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməlidir;
- Bütün erməni hərbi əsirlər qaytarılmalıdır;
- Erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görülməlidir;
- Fransa hökuməti "Dağlıq Qarabağ"da humanitar büro açmalıdır;
- "Artsax"ın müstəqilliyi tanınmalıdır;
- Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələr yerləşdirilməlidir.
Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.
Qətnamə məsləhət xarakterlidir və Fransa hökuməti üçün hələlik hüquqi qüvvəyə malik deyil.