Toplum

Çempionlar Liqası: “Qarabağ” “Kopenhagen”i də məğlub etdi

Çempionlar Liqası: “Qarabağ” “Kopenhagen”i də məğlub etdi
1Oktyabr 202523:00

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turu keçirlriob.

Azlist.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib. Matçı Niderlanddan olan türk əsilli hakim Serdar Gözübüyük idarə edib.

İlk turda Portuqaliyada “Benfika” üzərində əzmkar qələbə (3:2) qazanan komandamız  "Kopenhagen"ə qalib gələrək (2:0) xalını 6-a yüksəldib və turnir cədvəlində üst pillələrdə qərarlaşıb. Hazırda "Qarabağ" 6-cı pillədəni tutur.

1 oktyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 2-ci tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) -2:0 

Qol: Abdullah Zubir, 28, Emmanuel Addai, 83

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu