Toplum

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
24İyun 202615:08

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.

Azlist.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin müddəti 2026-cı il oktyabrın 1-i saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejiminin müddəti 2026-cı il iyulun 1-i saat 06:00-dək müəyyən edilmişdi.