Toplum

Prezidentin oğlu Heydər Əliyev ailə qurdu

Prezidentin oğlu Heydər Əliyev ailə qurdu
26Noyabr 202215:49

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev ailə həyatı qurub. 

Azlist.az xəbər verir ki, bu barədə birinci xanım Mehriban Əliyeva "Instagram" hesabında paylaşım edib. 

“Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun", - deyə Mehriban Əliyeva paylaşımda bildirib.